Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda prokurorluq əməkdaşında COVID-19 aşkarlanıb

18:16 - 1 İyun 2020 tarixində dərc olunub.

Azərbaycanda prokurorluq əməkdaşında COVID-19 aşkarlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, koronavirusla mübarizə ilə bağlı həyata keçirilən profilaktiki tədbirlər çərçivəsində prokurorluq əməkdaşları testlərə cəlb edilib: “Onlardan yalnız birində koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb. Həmin əməkdaşın hazırda sosial izolyasiya rejimində müalicəsi həyata keçirilir”.

Müəllif: