Ucnoqta.az
www.ucnoqta.az

Şirvanda mikroavtobus qəzaya uğradı- <font color=red><b>ölən və yaralananlar var</b></font>

17:13 - 30 May 2020 tarixində dərc olunub.

Şirvanda 1 nəfərin ölümü, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə günorta saatlarında şəhərin giriş qapısı yaxınlığında qeydə alınıb. Belə ki, 10-MZ-256 dövlət qeydiyat nişanlı “Mercedes” markalı mikroavtobus “VAZ-2106” markalı avtomobillə toqquşub. Qəza nəticəsində Hacıqabul şəhər sakini, 1998-ci il təvəllüdlü İsmayılov Fərid Asəf oğlu hadisə yerində dünyasını dəyişib.

Qəza zamanı həmçinin iki nəfər - 1999-cu il təvəllüdlü Ağayev Yaşar Bəkir oğlu və 1999-cu il təvəllüdlü Həmidov Maşallah Məhərrəm oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: