Ucnoqta.az
www.ucnoqta.az

Bakıda karantin qaydalarını pozan kafe sahibi müştəriləri cərimələndi

09:30 - 30 May 2020 tarixində dərc olunub.
Bakıda saat 18:00-dan sonra fəaliyyət göstərən kafe aşkarlanıb. Mayın 29-u axşam saatlarında Binəqədi rayonu, Sulutəpə qəsəbəsinə yeni yaşayış massivində müəyyən olunmuş vaxt rejimindən sonra fəaliyyət göstərən kafe aşkarlanıb. Reyd zamanı 9 nəfər saxlanılaraq 40-cı Polis Bölməsinə gətirilib. Kafenin icarədarı Anar Soltanov 200 manat, qalan müştərilər isə 100 manat məbləğində cərimə olunub. Qeyd edək ki, Operativ Qərargah tərəfindən qəbul olunmuş qaydalara əsasən, hazırda kafe və restoranlar saat 18-dək işləyə bilərlər.  ///qafqazinfo
Müəllif: