Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda iki yük maşını toqquşub- <font color=red><b>ölənlər var</b></font>

09:23 - 30 May 2020 tarixində dərc olunub.

Sumqayıt şəhərində “DAF” və “КamAZ" markalı iki yük avtomobili toqquşub.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “DAF” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü 1951-ci il təvəllüdlü Sayılov Ağarza Çapı oğlunun və “КamAZ" markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü 1995-ci il təvəllüdlü  Aslanov Asəf  Ədalət oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: