Ucnoqta.az
www.ucnoqta.az

İstixanada narkotik yetişdirən Maştağa sakini saxlanılıb

17:53 - 28 May 2020 tarixində dərc olunub.

Maştağa qəsəbə sakininin həyətində narkotik maddələr aşkar edilib.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, sabunçu RPİ 14-cü PB-nin əməkdaşları tərəfindən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ə.Cavadovun həyətindəki istixanadan kultivasiya yolu ilə yetişdirilmiş 25 ədəd çətənə kolu və 495 qram marixuana aşkar edilərək götürülüb./trend

Müəllif: