Ucnoqta.az
www.ucnoqta.az

Bakıda karantin qaydalarını pozan kafe aşkarlanıb - <font color=red><b>Foto</b></font>

10:22 - 28 May 2020 tarixində dərc olunub.

Xocahəsəndə karantin rejimini pozan kafe aşkarlanıb.

Ötən gün Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən reyd keçirilib. Reyd zamanı paytaxtın Binəqədi rayonu Xocahəsən qəsəbəsində axşam saat 18:00-dan sonra fəaliyyət göstərən “Cavid” adlı kafedə karantin qaydalarının pozulduğu məlum olub.

Ümumilikdə, kafe sahibi ilə birlikdə 6 nəfər işçi saxlanılıb və onlar barəsində İnzibati Xətalar Məcəlləsinin (İX) 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib olunub.

Onlardan bir nəfər 200, digər şəxslər isə 100 manat məbləğində cərimələnib.///oxu.az

Müəllif: