Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə avtomobil kanalizasiya quyusuna düşüb- <font color=red><b>ölən və xəsarət alan var</b></font>

14:10 - 26 May 2020 tarixində dərc olunub.

Gəncə şəhər ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, mayın 25-də saat 21 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini E.Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil qazılmış kanalizasiya quyusuna düşüb. Nəticədə E.Məmmədov və sərnişini olan həmyerlisi Fuad Rəcəbov xəstəxanaya yerləşdiriliblər. F.Rəcəbov orada ölüb.

Kəpəz RPİ tərəfindən araşdırma aparılır.

Müəllif: