Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Azərbaycana gətirilən tibbi maska və əlcəklər daha bir ay gömrük rüsumundan azad edilib</b></font>

20:13 - 23 May 2020 tarixində dərc olunub.

Azərbaycana gətirilən baxillər, steril və qeyri-steril əlcəklər, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların idxal gömrük rüsumundan azad edilməsi müddəti daha bir ay uzadılıb.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı " “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” 2020-ci il 5 mart tarixli 84 nömrəli Qərarında dəyişiklik edib.

Bu müddət iyunun 1-dən  iyulun 1-dək uzadılıb.

Müəllif: