Ucnoqta.az
www.ucnoqta.az

Bakının ağac avtomobillərin üzərinə aşdı

18:18 - 23 May 2020 tarixində dərc olunub.

Güclü külək səbəbindən Mərdanov qardaşları küçəsində ağac qırılaraq avtomobillərin üzərinə düşüb.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Agentlik sürücülərə bu cür küləkli hava şəraitində avtomobillərini park edərkən diqqətli olmalarını tövsiyə edib:

"İri gövdəli, yaşlı və aşmaya meyilli ağacların altında avtomobillərinizi park etməyin". 

BNA bir daha küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarından ehtiyyatlı olmalarını xahiş edib. 

Müəllif: