Ucnoqta.az
www.ucnoqta.az

Türkiyədə azərbaycanlıların olduğu avtomobil qəzaya düşdü, 3 nəfər öldü

15:18 - 23 May 2020 tarixində dərc olunub.

Türkiyədə azərbaycanlıların olduğu avtomobil qəzaya düşdü, 3 nəfər öldü


“Ucnoqta.az” “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə Of-Çaykara avtomobil yolunda qeydə alınıb.

Azərbaycan vətəndaşı Fariz Farizovun idarə etdiyi avtomobil idarəetməni itirərək elektrik dirəyinə çırpılıb və yanmağa başlayıb.

Hadisə nəticəsində avtomobildə olan və çay plantasiyasında işləyən 3 azərbaycanlı yanaraq ölüb, sürücü isə yanıq xəsarətləri ilə Of Dövlət Xəstəxanasına çatdırılıb.

Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma aparılır. 

Müəllif: