Ucnoqta.az
www.ucnoqta.az

İstanbuldan 178 Azərbaycan vətəndaşı gətirildi

20:01 - 22 May 2020 tarixində dərc olunub.

Bu gün daha 178 nəfər Azərbaycan vətəndaşı vətənə çatdırılıb.

"Azərbaycan Hava Yolları" (AZAL) İstanbuldan Bakıya növbəti çarter reysini həyata keçirib. Bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq bu həftə "AZAL" aviaşirkəti Berlin və Varşava şəhərlərindən Bakıya çarter reyslərini həyata keçirib.

Müəllif: