Ucnoqta.az
www.ucnoqta.az

Hava Hücumundan Müdafiə bölmələri mövqelərini tutublar - <font color=red><b>Foto/Video</b></font>

10:05 - 21 May 2020 tarixində dərc olunub.

Genişmiqyaslı əməliyyat-taktiki təlimlər çərçivəsində Hava Hücumundan Müdafiə (HHM) bölmələri yaşayış məntəqələrinin, müxtəlif təyinatlı obyektlərin və canlı qüvvənin şərti düşmənin hava hücumu vasitələrindən müdafiəsi üzrə təlim-döyüş tapşırıqlarının icrası məqsədilə yürüş edərək mövqe rayonlarını tutublar.

​Ucnoqta.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, HHM-in döyüş heyətləri həmçinin təlimə cəlb olunan şəxsi heyət və döyüş texnikasının düşmənin aviasiya vasitələrinin atəş zərbələrindən müdafiəsini təmin edəcəklər.

Müəllif: