Ucnoqta.az
www.ucnoqta.az

Tarixdə ilk dəfə videokonfrans vasitəsilə ölüm cəzası verilib

15:00 - 20 May 2020 tarixində dərc olunub.

Sinqapur Ali Məhkəməsi tarixdə ilk dəfə “Zoom” platformasında videokonfrans vasitəsilə ölüm cəzası verib.

Onlayn məhkəmə iclası zamanı 37 yaşlı Malayziya vətəndaşı narkotik qaçaqmalçılığına görə məhkum olunub. Həmin şəxs 20 qram heroinin Malayziyadan Sinqapura keçirilməsində təqsirli bilinib.

Koronavirus pandemiyası ilə əlaqədar Sinqapurda bütün məhkəmə iclasları videokonfrans formatında keçirilir.

Müəllif: