Ucnoqta.az
www.ucnoqta.az

Ermənistanda koronavirusa yoluxanların sayı 5 mini ötdü

12:56 - 19 May 2020 tarixində dərc olunub.

Ermənistanda koronavirusa yoluxanların sayı sutka ərzində daha 239 nəfər artaraq 5041-ə çatıb.

Bu barədə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib. Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 3 nəfər artaraq 64-ə çatıb. Ümumilikdə 2164 pasiyent müalicə olunaraq sağalıb.

2788 xəstənin müalicəsi davam etdirilir, 43 041 insan isə koronavirus testindən keçib.
Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 13 iyuna qədər uzadılıb.///qafqazinfo

Müəllif: