Ucnoqta.az
www.ucnoqta.az

Sabahdan bu yolda təmir başlayır

10:30 - 19 May 2020 tarixində dərc olunub.

20 may tarixindən etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində təmir-tikinti işlərinə start verilir.

Avtomobil Yolları Dövlət Agentliyindən Ucnoqta.az-a verilən məlumata görə, təmir işləri aparılan müddət ərzində sözügedən küçə ilə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən küçə ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərini və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Müəllif: