Ucnoqta.az
www.ucnoqta.az

Bayram və həftə sonlarında qadağalar ola bilər

17:57 - 15 May 2020 tarixində dərc olunub.

“Bayram günləri və həftə sonlarında küçə çıxmağa qadağa qoyulması haqda qərar verilə bilər”.

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki, bu məsələyə önümüzdəki günlərdə baxılacaq: “Bu qərarlar virusa yoluxanların sayından asılı olacaq. Məhdudiyyətlər aradan qalxdıqdan sonra analizlər aparılacaq. 10-14 gün sonra həmin dövrün nəticələrinə uyğun olaraq yenidən məhdudiyyətlər qəbul edilə bilər. Karantin rejiminin qaydaları daha da sərtləşdirilə bilər”. ///qafqazinfo

Müəllif: