Ucnoqta.az
www.ucnoqta.az

Sabah Bakının əsas küçələrində güclü dezinfeksiya işləri aparılacaq

12:45 - 15 May 2020 tarixində dərc olunub.

Sabah Bakının əsas küçələrində güclü dezinfeksiya işləri aparılacaq

Ucnoqta.az-ın paytaxtın kommunal strukturlarından əldə etdiyi məlumata görə may ayının 16-ı səhər saatlarından etibarən şəhər mərkəzi və qəsəbələrdəki 300-ə yaxın əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Müəllif: