Ucnoqta.az
www.ucnoqta.az

Naxçıvanın Baş naziri işdən çıxarıldı

15:43 - 14 May 2020 tarixində dərc olunub.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Əlövsət Baxşıyev vəzifəsindən azad edilib.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 14-də fərman imzalayıb.
Fərmana əsasən, Əlövsət Qəzənfər oğlu Baxşıyev Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsindən azad edilib.

Qeyd edək ki, Ə.Baxşıyev 2000-ci ilin fevralın 11-dən Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsində çalışırdı.///report

Müəllif: