Ermənistanda koronavirus pandemiyası ilə əlaqədar fövqəladə vəziyyət rejimi iyunun 13-dək uzadılıb.
Bu barədə hökumətin iclası zamanı qərar verilib. Yeni qərara əsasən, fövqəladə vəziyyət iyunun 13-ü saat 17:00-dək davam edəcək.
Xatırladaq ki, Ermənistanda bir aylıq fövqəladə vəziyyət martın 16-da elan olunub, daha sonra aprelin 14-dək uzadılıb.
Bu günədək 3 860 nəfər koronavirusa yoluxub, 49 nəfər ölüb.///trend