Ucnoqta.az
www.ucnoqta.az

Koronavirusa qarşı ən həssas valyuta açıqlanıb

16:55 - 13 May 2020 tarixində dərc olunub.

Qlobal pandemiya fonunda koronavirusa qarşı ən həssas valyuta avro hesab olunub.

Məlumata görə, mütəxəssislərin fikrincə, buna həm də Avropa ölkələrinin ümumi təhdid qarşısında birlik nümayiş etdirə bilməməsi də səbəb olub.

Bu ilin əvvəlindən etibarən avro dollara nisbətdə 3,5 faiz ucuzlaşıb. Ekspertlər avronun dəyərinin azalmaqda davam edəcəyini bildirib.

Qeyd olunur ki, pandemiya dövründə Avropa İttifaqı ölkələri hələ də iqtisadiyyatın dəstəklənməsi üçün vahid fiskal siyasət formalaşdıra bilmir.///trend

 

Müəllif: