Ucnoqta.az
www.ucnoqta.az

İnstaqramda canlı yayım edirdi, qəzaya düşüb öldü - <font color=red><b>Foto/Video</b></font>

20:47 - 8 May 2020 tarixində dərc olunub.

Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində Bakı şəhər sakini Fəxri Quliyev idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarındakı divara vurub. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı təhqiqat aparılır.
Qeyd edək ki, Fəxri Quliyev qəza zamanı instaqramda canlı yayım edirmiş. 

Qəzanın görüntürlərini təqdim edirik:

Müəllif: