Ucnoqta.az
www.ucnoqta.az

Bakıda avtomobil qəza törədib, ölən var -<font color=red><b> VİDEO </b></font>

10:50 - 8 May 2020 tarixində dərc olunub.

 Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

“Report”un xəbərinə görə, hadisə mayın 7-i saat 19:05 radələrində Sabunçu rayon Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, paytaxt sakini F.Quliyevin idarə etdiyi “Hyundai” markalı avtomobil idarəetmədən çıxıb və maneyə çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: