Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə evlərdən və avtomobildən oğurluq edən şəxs saxlanıldı

14:00 - 4 May 2020 tarixində dərc olunub.

Gəncə şəhərində oğurluq etməkdə şübhəli bilinən şəxs aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 4 evdən pul, mobil telefon və qab-qacaq, “VAZ-2105” markalı avtomobildən mobil telefon, 5 həyətdən isə su mühərrikləri oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş T.Atakişiyev saxlanılıb.

Müəllif: