Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 78 yaşlı qadın sirkə turşusundan zəhərlənərək ölüb

12:51 - 30 Aprel 2020 tarixində dərc olunub.

Bakıda sirkə turşusundan zəhərlənən qadın ölüb.

Hadisə Xətai rayonu, Gəncə prospekti ev 37-də qeydə alınıb. Həmin ünvanda yaşayan, 1942-ci il təvəllüdlü Nadejda Mustafayeva sirkə turşusundan zəhərlənmə əlaməti ilə xəstəxanaya daxil olub. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək olmayıb.

Faktla bağlı araşdırma aparılır. ///Apa

Müəllif: