Ucnoqta.az
www.ucnoqta.az

Ermənistanda koronavirusa yoluxanların sayı 1 867 nəfərə çatıb

11:29 - 28 Aprel 2020 tarixində dərc olunub.

Ermənistanda koronavirusa yoluxanların sayı 1 867 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 59 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, sutka ərzində 1 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 30 nəfər koronavirusun qurbanı olub, 971 nəfərin müalicəsi davam edir.
Qeyd edək ki, ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunub.

Müəllif: