Ucnoqta.az
www.ucnoqta.az

Xətai rayon İcra Hakimiyyəti qanvermə aksiyasına qoşulub - <font color=red><b>Foto</b></font>

11:03 - 27 Aprel 2020 tarixində dərc olunub.

Xətai rayon İcra Hakimiyyətinin kollektivi könüllü qanvermə aksiyasında iştirak edib.

İrsi və qan xəstəliyi olan insanlara kömək etmək məqsədilə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə keçirilən könüllü qanvermə aksiyasına Xətai rayon İcra Hakimiyyəti Aparatının və struktur sahələrinin kollektivləri də qoşulub.

B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının həkim kollektivi könüllü olaraq kampaniyaya qoşulanları lazımi müayinələrdən keçirib. Daha sonra isə qanvermə aksiyası həyata keçirilib.

Müəllif: