Ucnoqta.az
www.ucnoqta.az

Ramazanın 3-cü gününün duası- <font color=red><b>imsak və iftar vaxtı</b></font>

21:21 - 26 Aprel 2020 tarixində dərc olunub.

Sabah Ramazan ayının üçüncü günüdür.

Ramazan ayının 3-cü gününün duası:
"Allahummərziqni fihiz-zihnə vət-tənbih. Və baidni fihi minəs-səfahəti vət-təmvih. Vəc-əl nəsibən min küli xeyrin tunzilu fih. Vicudikə ya əcvədəl-əcvədin".

Tərcüməsi:
"İlahi, bu ayda mənə güclü ağıl və ayıq-sayıqlıq ver, pis şeylərdən və qafillikdən uzaq et. Ey Səxavətlilərin Səxavətlisi, Öz səxavətin xatirinə bu ayda nazil etdiyin hər xeyirdən mənim də nəsibimi ver

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 27-də Bakıda imsak saat 04:07, iftar isə saat 19:46-dadır.

Allah orucunuzu qəbul etsin!

 

Müəllif: