Ucnoqta.az
www.ucnoqta.az

Tovuzda evdə partlayış olub- <font color=red><b>xəsarət alan var</b></font>

19:18 - 26 Aprel 2020 tarixində dərc olunub.

Tovuzda evdə partlayış baş verib.

Hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Yaşayış evində kustar üsulla hazırlanmış qaz peçində partlayış olub. Nəticədə 1964-cü il təvəllüdlü Süleymanova Nəzakət Məhərrəm qızı yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətin kafi olduğu bildirilir.

Hadisənin baş vermə səbəbi araşdırılır.///Apa

Müəllif: