Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Mehriban Əliyeva Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib</b></font>

17:21 - 25 Aprel 2020 tarixində dərc olunub.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ramazan ayının başlanması münasibəti ilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib.

Birinci vitse-prezidentin bununla bağlı İnstagram paylaşımında deyilir:
"Ən xoş və saf hisslərlə aşılanan, xeyirxahlıq, mərhəmət və şəfqətin təntənəsini təcəssüm etdirən mübarək Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! İnanıram ki, bu müqəddəs ayda bütün dua və diləklərimiz qəbul olunacaq və Allah öz mərhəmətini dünyamızdan əsirgəməyəcəkdir. Hər birinizə möhkəm cansağlığı arzulayıram! Allah orucunuzu qəbul etsin!"

Müəllif: