Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 2 min manatlıq velosiped oğurlanıb

10:29 - 25 Aprel 2020 tarixində dərc olunub.

Bakıda velosiped oğruları tutulub. 

Yasamal rayon sakini Sahib Bilalzadəyə məxsus dəyəri 2000 manat olan velosiped naməlum şəxs tərəfindən oğurlanıb. Yasamal rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1966-cı il təvəllüdlü Mahir Həsənov və 1994-cü il təvəllüdlü Kənan Fərəcullazadə saxlanılıb.

Araşdırma aparılır.///Apa

Müəllif: