Ucnoqta.az
www.ucnoqta.az

Ermənistanda koronavirusa yoluxanların sayı 1 596-ya çatıb

11:13 - 24 Aprel 2020 tarixində dərc olunub.
Ermənistanda daha 73 nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər ölüb. Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 1 596-ya, pandemiyadan ölənlərin sayı isə 27-yə yüksəlib. Bildirilib ki, indiyədək 728 nəfər virusdan sağalıb. Qeyd edək ki, aprelin 23-nə olan məlumata görə, ölkədə bir gündə 50yoluxma faktı qeydə alınmışdı. ///report
Müəllif: