Bakıda avtobus “Mercedes”lə toqquşub- <font color=red><b>ölən var</b></font>
10:31 - 24 Aprel 2020 tarixində dərc olunub.
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Binəqədi rayonu, Binəqədi qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü A. Məmmədovun idarə etdiyi “Daewoo" markalı avtobusla 1966-cı il təvəllüdlü N. Həsənovun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub.
Nəticədə minik avtomobilinin sürücüsü hadisə yerində ölüb.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol-istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.