Ucnoqta.az
www.ucnoqta.az

3 ay ərzində 140-a yaxın bina qazlaşdırılıb

10:19 - 24 Aprel 2020 tarixində dərc olunub.
Prezident İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar Bakı şəhərində bir çox binanın istismara qəbulu prosesi sürətləndirilib.  “Azəriqaz” İB-dan Ucnoqta.az-a verilən məlumata görə, fərmandan irəli gələn məsələlərin operativ həlli məqsədilə “Azəriqaz” İstehsalat Birliyi tədbirlərini davam etdirir. Belə ki, mart ayı ərzində 29 yaşayış binası üzrə 1265 mənzil, 2020-ci ilin 3 ayı ərzində isə 139 yaşayış binası üzrə 6362 mənzil təbii qazla təmin olunub.
Müəllif: