Ucnoqta.az
www.ucnoqta.az

Mingəçevirdə karantin rejimini pozan bərbər cərimələndi

11:13 - 23 Aprel 2020 tarixində dərc olunub.
Mingəçevir şəhəri 20 Yanvar küçəsində xüsusi karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən bərbərxana aşkar edilib.  DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, həmin obyektin sahibi Gəray Əliyev karantin rejimi qaydalarını pozduğuna görə Polis Şöbəsinə gətirilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada cəzalandırılıb.
Müəllif: