Ucnoqta.az
www.ucnoqta.az

Karantin qaydalarını pozan 1874 sürücü məsuliyyətə cəlb olunub

10:56 - 20 Aprel 2020 tarixində dərc olunub.

Karantin qaydalarını pozan 1874 sürücü məsuliyyətə cəlb olunub.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, 19.04.2020-ci il saat 00:00-dan 20.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1874 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 31 516 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Müəllif: