Ucnoqta.az
www.ucnoqta.az

Kürdəmirdə piyadanı vurub qaçan sürücü təslim oldu - <font color=red><b>Foto</b></font>

12:47 - 17 Aprel 2020 tarixində dərc olunub.

Kürdəmirdə piyadanı vurub qaçan sürücü polis şöbəsinə gələrək təslim olub.

"Report"un məlumatına görə, 1963-cü il təvəllüdlü "Kürdəmir-pambıq" ASC-də çilingər işləyən Möhkəm İbadov hadisəni törətdiyini etiraf edib.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

 

Müəllif: