Ucnoqta.az
www.ucnoqta.az

Milli Məclisin plenar iclaslarının vaxtı azaldıldı

12:01 - 17 Aprel 2020 tarixində dərc olunub.

Çıxışlar 5 dəqiqə ilə məhdudlaşacaq

“Plenar iclasları karantin dövründə 2 saat müddətində yekunlaşdıraq”. APA-nın məlumatına görə, bu, bu gün Milli Məclisin iclasında Ədliyyə nazirinin müavini Vilayət Zahirovun təqdim etdiyi "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzənin (2019-cu il üzrə)" müzakirəsi zamanı MM-in Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, virus daha çox qapalı məkanlarda yayılır: “Buna görə də çıxışlar 5 dəqiqəyə, iclaslar isə 2 saata yekunlaşmalıdır. Bu alınmasa, 2 saatdan sonra fasilə verilməli, qapı-pəncərələr açılıb, hava dəyişdirilməlidir”.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib. 

Müəllif: