Ucnoqta.az
www.ucnoqta.az

Tbilisidə teleqüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

22:06 - 16 Aprel 2020 tarixində dərc olunub.

Bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşən televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, koronavirusla mübarizədə həmrəylik mesajı kimi qonşu ölkənin paytaxtında yerləşən ən hündür parkda - Mtatsminda parkında yerləşən televiziya qülləsi Azərbaycan bayrağının rəngləri olan göy, qırmızı və yaşıl rəngdə işıqlandırılıb.

Müəllif: