Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan HHM bölmələrində taktiki-xüsusi məşqlər keçirilib - <font color=red><b>VİDEO</b></font>

17:32 - 16 Aprel 2020 tarixində dərc olunub.

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin Zenit-Raket Qoşunlarında döyüş atışlı təlim-məşqləri keçirilib.

Ucnoqta.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, S-125 zenit-raket komplekslərinin döyüş heyətləri şərti düşmən hədəflərini aşkarlayaraq praktiki atışlarla onları məhv edib.

Şəxsi heyətin bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi məqsədilə keçirilən məşqlərdə qarşıya qoyulan tapşırıqlar yerinə yetirilib.

Müəllif: