Ucnoqta.az
www.ucnoqta.az

Hələlik beynəlxalq uçuşların həyata keçirilməsi nəzərdə tutulmur - <font color=red><b>Hikmət Hacıyev</b></font>

17:26 - 16 Aprel 2020 tarixində dərc olunub.

Hələlik beynəlxalq uçuşların həyata keçirilməsi nəzərdə tutulmur və bu, may ayına da şamil ediləcək.

Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. H.Hacıyev qeyd edib ki, həmin müddətdə xüsusi çarter reysləri istisna olmaqla, sərnişin daşımalarının həyata keçirilməsinə yol verilməyəcək.

O qeyd edib ki, bu tədbirlər virusun xaricdən idxal olunmasının və yenidən yoluxmaların qarşısının alınması məqsədilə həyata keçirilir.///trend

Müəllif: