Ucnoqta.az
www.ucnoqta.az

Ordubaddakı qədim Cümə məscidi bərpa olunacaq

19:45 - 15 Aprel 2020 tarixində dərc olunub.

Aprelin 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad şəhərindəki qədim Cümə məscidinin bərpa layihəsinə baxıb.


"Report"un xəbərinə görə, məlumat verilib ki, XVII-XVIII əsrlərə aid olan məscid memarlıq quruluşu saxlanılmaqla bərpa olunacaq, dindarlar üçün lazımi ibadət şəraiti yaradılacaq.

Ali Məclisin Sədri Cümə məscidində bərpa işlərinə başlanılması barədə müvafiq tapşırıqlar verib.

Müəllif: