Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda 56 nəfər koronavirusa yoluxdu, <font color=red><b>53 nəfər sağaldı - RƏSMİ</b></font>

17:07 - 15 Aprel 2020 tarixində dərc olunub.

“Bu gün Azərbaycanda 56 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. O qeyd edib ki, 53 sağalma var:
“Fevralın 28-dən Azərbaycanda ilk koronavirus  qeydə alınan vaxtdan aprelin 12-dək bir dövrə nəzər salsaq, hazırda neqativ tendensiya dövrünü başa vurduğumuz qeyd edə bilərik”.

Onun sözlərinə görə, koronavirusla bağlı vəziyyət dəyişir:
“Aprelin 12-dən sonra pozitiv dinamika var. Hazırda aktiv koronavirus xəstələrinin sayı 822-847 arasında dəyişir”.

Müəllif: