Ucnoqta.az
www.ucnoqta.az

Mehriban Əliyeva: <font color=red><b>"Qardaş Türkiyəyə dərin minnətdarlığımı bildirirəm!"</b></font>

14:19 - 15 Aprel 2020 tarixində dərc olunub.

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Türkiyənin paytaxtı Ankarada yerləşən məşhur Atakule qülləsində Azərbaycan Respublikasının bayrağının işıqlandırılması ilə bağlı qardaş ölkəyə minnətdarlığını bildirib.

Minnətdarlıqla bağlı paylaşımda deyilir:
"Qardaş Türkiyəyə dərin minnətdarlığımı bildirirəm! Ölkələrimiz daim bir-birinin yanındadır – həm sevincli günlərdə, həm çətin sınaq günlərində. Bizim birliyimiz, bizim gücümüz bundadır! Xalqlarımıza möhkəm cansağlığı, ölkələrimizə sülh və əmin-amanlıq arzulayıram! Qoy Uca Tanrı dünyamızı qorusun!"

Müəllif: