Ucnoqta.az
www.ucnoqta.az

Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları qan verib- <font color=red><b>Foto</b></font>

14:15 - 15 Aprel 2020 tarixində dərc olunub.

Bakı Şəhər İcra Hakimiyyəti Heydər Əliyev Fondunun təşəbbüsünə qoşuldu

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) əməkdaşları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın  təşəbbüsünə qoşularaq Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün qan verilməsi aksiyasina qoşulublar.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Heydər Əliyev Fondunun təşəbbüsünə qoşulan Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları  Milli Hematologiya və Transfuziologiya Mərkəzinə gələrək talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək olmaq üçün könüllü qan veriblər.

 

Müəllif: