Ucnoqta.az
www.ucnoqta.az

PUA heyətləri təlim-məşq uçuşları yerinə yetirir - <font color=red><b>Video</b></font>

11:38 - 15 Aprel 2020 tarixində dərc olunub.

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq müxtəlif təyinatlı pilotsuz uçuş aparatları (PUA) heyətləri təlim-məşq uçuşları yerinə yetirir.

Ucnoqta.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlim prosesində heyətlər əməliyyat-taktiki biliklərini artırır, ən müasir trenajorlarda praktiki vərdişlərini təkmilləşdirirlər.

PUA heyətləri şərti düşmənin müdafiəsinin dərinliyindəki hədəfləri  vaxtında və dəqiq aşkar etməklə qarşıya qoyulan tapşırıqları icra edirlər.

Müəllif: