Ucnoqta.az
www.ucnoqta.az

Güclü külək daş hasarı qaz xəttinin üzərinə aşırdı <font color=red><b>-Foto</b></font>

11:34 - 15 Aprel 2020 tarixində dərc olunub.

Aprelin 15-də gecə saatlarında Sabunçu rayonu Ramana qəsəbəsində əsən güclü küləyin təsirindən vətəndaşa məxsus fərdi yaşayış evinin hasarı aşıb.

“Azəriqaz” İstehsalat Birliyindən Ucnoqta.az-a verilən məlumata görə, hasar aşarkən ərazidən keçən 57 mm diametrində olan qaz xəttinin 30 metrlik hissəsini zədələyərək dirəklərdən yerə salıb. Təhlükəsizlik tədbirləri olaraq aprelin 25-dək evin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Hazırda ərazidə bərpa işləri aparılır.

Qeyd edək ki, hasarı aşan evdə hazırda yaşayış yoxdur.

Müəllif: