Ucnoqta.az
www.ucnoqta.az

AMEA-nın iki alimi vəfat edib

11:26 - 15 Aprel 2020 tarixində dərc olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) iki müxbir üzvü vəfat edib. Bu barədə "Report"a AMEA-dan məlumat verilib. Bildirilib ki, görkəmli geoloq alim, professor Kərim Kərimov 87 yaşında, görkəmli iqtisadçı alim, professor Əli Nuriyev isə 81 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Kərim Kərimov 1933-cü ildə, Əli Nuriyev isə 1939-cu ildə anadan olub.
Müəllif: