Bakıda oğurluğa cəhd edən şəxslər cinayət başında yaxalanıblar.
“Qafqazinfo” DİN-ə istinadən xəbər verir, hadisə aprelin 12-də qeydə alınıb.
Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində mənzil istismar sahəsinə məxsus istixanadan 1000 manat dəyərində su mühərriki və vintil oğurlamağa cəhd göstərən qəsəbə sakinləri Z.Zamanov və qardaşı saxlanılaraq Polis Şöbəsinə təhvil veriliblər.