Ucnoqta.az
www.ucnoqta.az

Gürcüstanda koronavirusa yoluxanların sayı artıb

20:52 - 13 Aprel 2020 tarixində dərc olunub.

Gürcüstanda koronavirusa yoluxanların sayı 272 nəfərə çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib. Bu günə qədər koronavirusdan 68 nəfər sağalıb, 3 nəfər isə dünyasını dəyişib.

Hazırda karantində 4 890, stasionar nəzarətdə isə 439 nəfər saxlanılır.

Müəllif: