Ucnoqta.az
www.ucnoqta.az

Şabranda ana və oğlunu öldürən şəxs həbs edildi

18:29 - 13 Aprel 2020 tarixində dərc olunub.

Şabran rayon Məhkəməsində ana və oğlunu güllələyərək qətlə yetirən şəxslə bağlı prokurorluq orqanının verdiyi təqdimata baxılıb.

APA-nın məlumatına görə, təqdimat əsasında təqsirləndirilən Nahid İslamov barəsində həbs qətimkan tədbiri seçib.
Qeyd edək ki, aprelin 11-də Şabranın Zeyvə kəndində 1986-cı il təvəllüdlü  İslamov Nahid Eynulla oğlu gecə həmkəndliləri 1963-cü il təvəllüdlü  Mahmudova İstək Əlyar qızı və onun oğlu 1983-cü il təvəllüdlü Məmmədov Məhəbbət Elman oğlunu ov tüfəngi ilə güllələyərək qətlə yetirib.

Faktla bağlı Şabran rayon prokurorluğunda cinayət işi açılıb, istintaq  davam etdirilir. 

Müəllif: